Baş prokurorun Sankt-Peterburq səfəri

post-img

Xəbər verdiyimiz kimi, Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ötən günlərdə Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub.

Nümayəndə heyəti Azərbaycan xalqı­nın böyük oğlu Heydər Əliyevin 1949–1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında ümummilli liderin barel­yefi ziyarətedib, dahi rəhbərin əziz xatirə­sini yad edib.

İqor Krasnov ilə görüşdə Kamran Əli­yev rusiyalı həmkarına Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrup­siyaya qarşı mübarizə sahəsində görülən işlər, biznes və investisiya mühitinin yax­şılaşdırılması, sahibkarlığa dövlət dəstə­yi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verib. Rusiyanın Baş prokuroru bu ilin sentyabr ayında Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Baş prokuror­larının Əlaqələndirmə Şurasının 33-cü iclasının yüksək səviyyədə təşkil oluna­cağına əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələ­cək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Baş prokurorlar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiya­sının Baş Prokurorluğu arasında 2024–2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramını imzalayıblar.

Səfər zanmanı Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları ara­sında 2021-ci ildən etibarən sayca 5-ci üçtərəfli görüş keçirilib. Söhbət zama­nı Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilməklə gələcəkdə gərginliyə səbəb ola biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı bir daha dəstəkləyiblər.

“Xalq qəzeti”

Son xəbərlər