Bu günlərdə Dərbənddən xoş xəbər almışıq. Azərbaycan əsilli istedadlı rejissor Mirzə Ağa Əsgərov “Dağıstan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.
Sənətkar 1 oktyabr 1959-cu ildə Dərbənddə anadan olub. 1983-cü ildə Həstərxan Dövlət Konservatoriyasında xor dirijoru, xor fənləri müəllimi ixtisası üzrə təhsil alıb. Konservatoriyanı bitirdikdən sonra Dərbənddə Musiqi Texnikumunda dərs deyib. 1986-cı ildən Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində xor dirijorluğu kafedrasında baş müəllim işləyib. 1993-cü ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Mirzə Ağa Əsgərov 1990-cı ildən professor B.V.Baranovun tövsiyəsi ilə Moskva Dövlət Universitetinin akademik xor kollektivində çalışır. Hazırda xorun baş dirijorudur.
“Xalq qəzeti”

