“Cüt bacı”ya necə gedək?

post-img

Bəzən bir foto bir mətn qədər informasiya yükü daşıyır. Qəzetçilər belə illüstrasiyalara adətən “danışan fotolar” deyirlər. Dünən tanınmış jurnalist Aida Eyvazlı özünün “Facebook” səhifəsində bu qəbildən olan bir foto yerləşdirib. 

Aida xanımın həmin foto ilə müşa­yiət olunan paylaşımında yazılıb: “Gür­cüstandakı Araqan çayı. Ağ su ilə qara suya “Cüt bacı” çayı da deyirlər.” 

Əziz oxucu, insanda bu “Cüt bacı”nı görmək arzusu yaranır. Siz necə dü­şünürsünüz, oraya getməyə dəyərmi? İnanıram ki, indi çoxlarınızın qəlbindən belə bir nida qopacaq: “Əlbəttə, gör­məyə dəyər!” 

“Xalq qəzeti”

 

Sosial həyat