Sirli insan ürəyi…

post-img

Tanınmış yazıçı-dramaturq, fəlsəfə elmləri doktoru Firuz Mustafanın sosial şəbəkə dostluğunda 5 minə yaxın izləyici var. Onların çoxu kimi, mən də Firuz müəllimin hər bir yeni paylaşımını maraqla oxuyuram və hər dəfə də onun dəyərli, maarifləndirici fikir və mülahizələrindən zənginləşdiyimi hiss edirəm. 

Qırxa yaxın dramın, onlarla po­vest və romanın müəlllifi olan F.Mus­tafa ara-sıra şeirlər də yazır və bəzən onları sosial şəbəklərdə paylaşır. Bu günlərdə müəllifin “Facebook”da oxu­culara təqdim etdiyi “Dördlüklər”dən biri marağıma səbəb oldu. Maraqlı idi. İnsana dərin məhəbbətlə qələmə alı­nan bu şeir parçasında deyilir:

-Sən zülmət deyəndə nə anlayırsan?

-İnsan ürəyidir ən böyük zülmət.

-Bəs işıq səninçün nədir, ey insan?

-İnsan ürəyidir o işıq, əlbət.

Həqiqətən, insan ürəyi həm zülmət, həm də işıq ola bilər. Müəllif, əlbəttə, hər birimizə işıq olmağı arzulayır. Niyə də olmayaq?!

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat