Tacikistanda ulu öndərə həsr edilmiş fotosərgi

post-img

Ölkəmizin Tacikistandakı səfirliyi Düşənbədəki Milli Muzeydə Azərbaycanın Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” adlı fotosərgi təşkil edib.

Tədbirdə Tacikistan Xarici İşlər Nazir­liyinin, Mədəniyyət Nazirliyinin nümayən­dələri, Tacikistanda akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və üzvləri, jurnalistlər və yerli diaspor fəalları iştirak ediblər.

Sərgidə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif mərhələləri, sovet döv­ründə və müstəqillik zamanı Azərbayca­na rəhbərlik etdiyi illərdə gördüyü işlər, keçirdiyi görüşlər, ölkəmizin regionlarına və xaricə səfərlərini əks etdirən fotoşəkil­lər nümayiş olunub.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xid­mətləri, Azərbaycanın taleyüklü məqam­larında göstərdiyi siyasi müdriklik, müasir müstəqil Azərbaycanın quruculuğu yo­lunda həyata keçirdiyi böyük işlər barədə məlumat verib.

Tədbirin sonunda səfirliyimiz tərəfin­dən Tacikistan Milli Muzeyinə Azərbay­canın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən bəhs edən “Zəfər Salnaməsi” kitabı hədiyyə olunub.

 

Qulu KƏNGƏRLİ

Düşənbə

Sosial həyat