“Heydər Əliyev və hüquq elminin inkişafı”

post-img

Baş Prokurorluqda “Ulu öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans təşkil edilib. 

Tədbirdə Bakı Dövlət, Naxçıvan Dövlət, eləcə də ADA universitetlə­rinin və digər ali məktəblərin hüquq fakültələrində təhsil alan tələbələri, habelə professor-müəllim heyəti, ta­nınmış ziyalılar, dövlət və qeyri-hö­kumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc pro­kurorluq işçiləri iştirak ediblər. 

Baş Prokurorluğun idarə rəisi Elnur Musayev tədbirin məqsəd və vəzifələ­rinindən danışıb. Xalq yazıçısı Çingiz Abdullayevin çıxışını gənc hüquqşü­naslar böyük maraqla qarşılayıblar. 

Konfransda Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov, “Konstitu­siya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Ci­nayət Prosesi kafedrasının müdiri Fi­ruzə Abbasova, DİA-nın kafedra müdiri İsaxan Vəliyev, MAA-nın İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İba­dov, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovun çıxış və təqdimatları dinlənilib.

Tədbir zamanı Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr olunmuş “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film seyr edilib.

“Xalq qəzeti”



Sosial həyat