Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”

post-img

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gələn şənlikdə müxtəlif yaş kateqoriyalarından olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. 

Ulu öndər Heydər Əliye­vin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərci­yini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Bura­da balacalara bir-birindən ma­raqlı və fərqli əyləncələr, ma­arifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirmə­sinə imkan yaradılıb. “Uşaq festivalı”nda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlə­rinin sakinləri, Daun sindromlu uşaqlar da iştirak ediblər.

Mahnı oxuyub rəqs etmə­yi sevən uşaqlar üçün xüsusi ayrılan zonada səhnə quru­lub, milli və müasir rəqslər üzrə ustad dərsləri keçirilib, uşaq-gənclər inkişaf mərkəz­lərinin istedadlı uşaqlarının konsert proqramı təqdim edi­lib. Gənc astronomlar üçün ayrılan meydançada bu elm haqqında məlumat yer alıb. Yüksək texnologiyaya ma­raq göstərən uşaqlar robotlar, dronlara baxıb və aviazo­nasındakı dərslərə qoşulub, idmansevərlər üçün isə mi­niturnirlər, yarışlar, interaktiv oyunlar, şahmat yarışları təşkil edilib. 

“Street art” məkanında asfalt üzərində rəsmlər çə­kilib. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkarlamaq oyununa qoşulublar. Müxtəlif sahələr üzrə təqdimatlar da uşaqlarda böyük maraq do­ğurub. Heydər Əliyev Mərkə­zinin parkında bu gün maşın və fərqli idman növləri üzrə yarışlar da keçirilib. “Kulinari­ya”, “Estafet” və digər əyləncə zonaları, attraksionlar, anima­torlar uşaqlara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçi­rilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiy­yələr təqdim olunub.

Konsert proqramında “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” uşaq musiqili teatrı, “Azəri incilə­ri” vokal qrupunun üzvləri və digər istedadlı uşaqlar çıxış ediblər.

“Xalq qəzeti”

Sosial həyat