Naxçıvan qarnizonunda şənlik

post-img

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan Qarnizonu tam orta məktə­binin direktoru, Azərbaycan Respublika­sının əməkdar müəllimi Natiq Əhmədov, Naxçıvan Qarnizonu “Nərgiz” Uşaq Bağ­çasının müdiri Mərcan Lalayeva və digər çıxış edənlər uşaqları təbrik edib dərslə­rində uğurlar arzulayıblar. Bildirilib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Qeyd olunub ki, Azərbaycanda döv­lətimiz tərəfindən daim uşaqlara xüsusi diqqət və qayğı göstərilir, onların sağlam ruhlu, əqidəli, bilikli, savadlı gənclər kimi yetişməsi üçün hərtəfli şərait yaradılır. Bu qayğıdan bəhrələnən Naxçıvan Qarnizo­nu tam orta məktəbin şagirdləri də təhsil­də hər zaman uğur qazanır, keçirilən fənn olimpiadalarında, bilik yarışlarında və im­tahanlarda yüksək nəticələr əldə edirlər.

Sosial həyat