YAP nümayəndə heyəti Çində

post-img

Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mayın 31-də Çin Kommunist Partiyası (ÇKP) Uhan şəhər komitəsinin katibi Quo Yuançian ilə görüşüb.

Nümayəndə heyətini sa­lamlayan Quo Yuançian Azər­baycan ilə Çin arasında əmək­daşlığın önəmini vurğulayaraq, fəal siyasi dialoq şəraitində iq­tisadi-ticari, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiy­yətindən bəhs edib. O, ÇKP ilə YAP arasında təmasların sıx­laşdırılmasının qarşılıqlı ma­raqlara əsaslandığını bildirib.

Qonaqpərvərliyə görə min­nətdarlığını bildirən YAP Səd­rinin müavini - Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Çinin bir-birinin maraqlarına hörmət edən dost ölkələr olduğunu söyləyib. O, nəqliyyat-logistika sahəsində işbirliyinin dərinləşdirilməsi üçün geniş imkanların olduğu­nu da vurğulayıb. 

Görüşdə partiyalar arasın­da əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı ma­raq doğuran məsələlər ətrafın­da fikir mübadiləsi aparılıb. 

“Xalq qəzeti”

Son xəbərlər