Sosial dəstək layihəsi

post-img

Şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinə sosial dəstək məqsədi daşıyan yeni Qarabağ KOB-ları proqramına start verilib.

Qeyd edək ki, layihə Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏS­MN) tabeliyində Dövlət Məşğulluq Agent­liyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından şəhid ailəsi üzvü, müharibə veteranı və onların ailə üzvlə­rindən ibarət 50 nəfər cəlb olunacaq. On­lara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliy­yə və mühasibatlıq, kadr işi, idarəetmə, satış, marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Layihə iştirakçıları həmçinin seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə cəlb olunacaqlar.

Bu təlimləri bitirdikdən sonra onlara özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini yaratmaları üçün zəruri avadanlıqlar təqdim ediləcək. Layihə 50 yeni sahibkarlıq subyektinin yaradılması­nı nəzərdə tutur.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat