Güzdək qəsəbəsinin avtobus problemi

post-img

Bakı şəhərində marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların əksəriyyəti yenilənib. Bakıətrafı kənd və qəsəsbələrə işləyən avtobusların isə bir çoxu köhnə, hətta acınacaqlı vəziyyətdədir. Bu da həmin qəsəbə və kəndlərdə yaşayanlar üçün problemlər yaradır.

Bu problemlə üzləşən yaşayış məntəqələrindən biri də Güzdək qəsəbə­sidir. Bəlkə də Güzdək bu baxımdan və­ziyyətin ən ağır olduğu qəsəbədir. Çünki buradan iki istiqamətə: Bakı Beynəlxalq Avtovağzalına 2 ədəd və Lökbatana 1 ədəd olmaqla cəmi 3 avtobus işləyir.

Bakı Beynəlxalq Avtovağzalına iş­ləyən avtobusların intervalı saatda bir, Lökbatan istiqamətində isə iki saatda birdir. Avtobusların köhnə olması bu və­ziyyəti daha da ağırlaşdırır. Köhnə avto­buslarda tez-tez nasazlıqlar yaranır və onlar sıradan çıxır. Belə olan halda isə in­tervallar daha da böyüyür. Bundan əlavə, şənbə və bazar günləri qəsəbədən hər iki istiqamətə işləyən avtobusların sayı azal­dılır və interval 2 saat təyin edilir. Qəsə­bə sakinlərinin də əsas şikayəti bununla bağlıdır.

Marşrutları işlədən sahibkar isə başqa cür işləməyin mümkün olmadığı­nı deyir. O, kənd əhalisinin az olmasını əsas gətirərək deyir ki, bundan sıx inter­valla və yaxud daha artıq avtobusla iş­ləsə, ziyana düşər. 

Məsələ ilə bağlı fikrini öyrəndiyimiz nəqliyyat eksperti Elməddin Muradlı bil­dirdi ki, bu kimi problemlər insanların ic­timai nəqliyyata olan inamını azaldır və şəxsi avtomobillərdən, bahalı taksilərdən istifadəni artırır. İnsanları ictimai nəqli­yatdan istifadəyə həvəsləndirmək üçün belə problemlər ən optimal yollarla həll edilməlidir.

Ekspert onu da vurğuladı ki, Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe­liyində olan, Azərbaycan Yerüstü Nəqliy­yat Agentliyi tərəfindən plan hazırlanıb. Bu planda Bakıətrafı kənd və qəsəbələr­dən ictimai nəqliyyatın hərəkətinin tən­zimlənməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Qarışıdaki illərdə bir çox Bakıət­rafı kənd və qəsəbələrin ictimai nəqliy­yatla bağlı problemi həll ediləcək.

“Qarşıdakı illər” ifadəsi uzun zaman vahidini ehtiva edir. Umid edirik ki, Güz­dək qəsəbəsinin problemi daha tez bir zamanda həll olunacaq.

Rüfət MƏHƏRRƏMOV,
qəsəbə sakini

Sosial həyat