Daşkənddə dostluq konserti

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Müstəqillik Gününə həsr olunmuş mərasim keçirilib. 

Toplantıda Özbəkistanın dövlət və hökumət qurumlarının nümayəndələri, diasporumuzun üzvləri, mədəniyyət, incəsənət xadimləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.

AMM-nin direktoru Samir Abbasov müstəqil Azərbaycan dövlətinin ba­nisi, ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında danışaraq ulu öndərin dünyada geniş tanıdılmasının zəruri olduğunu vurğulayıb. S.Abbasov ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzinin ölkələrimiz arasında mə­dəni əlaqələrin inkişafına kömək edən layihələri haqqında da danışıb. 

Diasporla İş üzrə Dövlət Komitəsi­nin sədri Fuad Muradov Azərbaycan diasporunun məhz ulu öndərin haki­miyyəti illərində formalaşdığını, Özbə­kistanda çox sayda soydaşımızın ya­şadığını və azərbaycanlıların ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etdiyini qeyd edib. 

Özbəkistan Millətlərarası Müna­sibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov iki qardaş respublika arasın­da münasibətlərin qurulması və inkişa­fında Heydər Əliyevin tarixi rolunu vur­ğulayıb. O, Özbəkistanda da Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğunu bildirib. 

Çıxışlardan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi ilə hazır­lanmış və Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib. 

Sonra Özbəkistan Xalq Çalğı Alət­ləri Kamera Orkestri ulu öndərə həsr etdiyi dostluq konserti ilə çıxış edib. Özbəkistanın Əməkdar artisti, profes­sor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi “Soqdiana” xalq çalğı alətləri ka­mera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnı­larımız səsləndirilib.

 

Q.KƏNGƏRLİ 

Daşkənd

Sosial həyat