“Müstəqillik tariximiz 105 ildə”

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Müstəqillik tariximiz 105 ildə” adlı tədbir keçirilib. 

Müdafiə Nazirliyinin idarə və müəs­sisələrinin, veteran təşkilatlarının və respublikada fəaliyyət göstərən QHT nümayəndələrinin iştirak etdik­ləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xa­tirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə muzeyin rəisi polkov­nik Əzizağa Qənizadə və tədqiqatçı baş elmi işçisi Vahid İsmayılovun mə­ruzələri dinlənilib. 

Qeyd edilib ki, 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi” ilə Azər­baycan Xalq Cümhuriyyətinin yara­dılması müsəlman Şərqində ilk de­mokratik respublika olmaqla yanaşı, ölkəmizin tarixində mühüm hadisə idi. Belə ki, əsrlər boyu azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. 

İyunda bu əlamətdar hadisənin 105-ci ildönümünün tamam olduğu­nu bildirən Ə.Qənizadə vurğulayıb ki, 1993-cü ilin ikinci yarısından ümum­milli lider Heydər Əliyevin yenidən ha­kimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin möhkəmlənmə­sinə şərait yaratdı: “Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçi­rilən dövlət və ordu quruculuğu nəticə­sində Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrildi, ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Ötən əsrin 90-cı illərində ha­vadarlarının hərtərəfli köməyi ilə Ermə­nistan ordusu tərəfindən işğal edilmiş Qarabağın dağlıq hissəsi və ətrafdakı 7 rayon Silahlı Qüvvələrimizin gücü ilə işğalçılardan təmizləndi. 44 gün çək­miş Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı”. 

Daha sonra Azərbaycan Xalq Cüm­huriyyətinin yaradılması və inkişafına həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. 

Tədbir bədii hissə ilə davam edib. 

 

L.QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat