Başa gedən yol

post-img

Əziz oxucular, rubrikamızın növbəti materialını sosial şəbəkə fəalı, həkim-yazar Hümbət Həsənoğlunun “Facebook” səhifəsindən götürmüşük. Bir qədər əvvəl onun ibrətamiz yazısını təqdim etmişdik. Bu dəfə  isə Hümbət Həsənoğlunun “Samovar və dəm çaydanı” adlı pritçası ilə tanış olun:
“Samovar dəm çaydanına irad tutdu:
–Hər stəkana əyilmə, mənim kimi qürurlu ol, qoy, stəkanları sənin yanına gətirsinlər.
Caydan ona belə cavab verdi: 
–Olanımla bölüşdüyümdən hər stəkana əyilməyimdən narahat deyiləm, əksinə məmnunam. Elə bu səxavətimə görə də məni insanlar həmişə sənin başının üstünə qoyurlar.
Samovar daha deməyə söz tapmadı”.


Ə.ƏLİYEV, “Xalq qəzeti” 

Sosial həyat