“WhatsApp”da “istifadəçi adı” funksiyası

post-img

Yaxın zamanlarda “söhbət kilidi” və “mesaj redaktə” funksiyalarını açıqlayan məşhur mesajlaşma proqramı “WhatsApp” istifadəçilərinə yeni təcrübə təqdim etməyə hazırlaşır. Belə ki, “Telegram”, “İnstagram” və “Twitter”də olduğu kimi, “WhatsApp”da da istifadəçi adı əldə etmək mümkün olacaq. Xəbəri “wabetainfo.com” saytı verib.
Məlumdur ki, “WhatsApp” tətbiqində istifadəçi adı yoxdur və proqramı işə salmaq üçün telefon nömrəsi ilə qeydiyyatdan keçmək lazımdır. Bu isə təhlükəsizlik məsələləri ilə bağlı problemlər yaradır. Yeni funksiya sayəsində istifadəçilər artıq bir-biri ilə telefon nömrələrini paylaşmağa ehtiyac duymayacaqlar. Çünki bir-birlərinin unikal istifadəçi adlarından istifadə edərək ünsiyyət qura biləcəklər. 
Xatırladaq ki, funksiya inkişaf mərhələsində olduğu üçün ondan necə istifadə ediləcəyi ilə bağlı dəqiq məlumat yoxdur.

Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

Son xəbərlər