Conatan Svift 1726-cı ildə məşhur”Qulliverin səyahəti” romanını yazır. Məzəli, kəskin satirik şəkildə qələmə alınmış bu əsərdə yazıçı o dövr İngiltərə cəmiyyətinin sosial-siyasi mənzərəsini yaratmış, saray çəkişmələrini, dövlətlər, adlı-sanlı sülalələr arasındakı müharibələri, feodal özbaşınalıqlarını kəskin ifşa etmişdir. Roman oxucularının sevimli kitabı olur. Bir əsrdən sonra “Qulliverin səyahəti” siyasi romandan uşaq romanına çevrilir.
Sviftin oxucuları arasında yayılmış şayiələrə görə, guya, yazıçı bir dəfə yad planetlilərlə görüşüb. Onlar çox yaxşı dost olublar. Yad planetdən gələn “qonaqlar” mehriban qəbula görə əsərin məzmununu ona söyləyib və xəbər veriblər ki, Marsın 2 peyki var. Əsərdə göstərilən Fobos və Deymos peykləri alimlər tərəfindən 150 il sonra kəşf edilir.
P.ƏFƏNDİYEV,
“Xalq qəzeti”