İsveçrədə aparılan araşdırmalar nəticəsində iflic olan bir nəfər elektron beyin implantları sayəsində yeriyə bilib.
O, bu barədə BBC-yə danışıb. Təxminən 12 il əvvəl velosiped qəzası nəticəsində iflic olan 40 yaşlı hollandiyalı Gert-Jan Oskam bu üsulun onun həyatını dəyişdiyini deyib.
2021-ci ilin iyulunda beyin əməliyyatı icra edən professor Blok beynin hərəkətini idarə edən nahiyələr üzərində kəllənin hər iki tərəfində 5 santimetr diametrli iki dəlik qazıb.
Sonra o, xəstənin başındakı dəbilqəyə bərkidilmiş sensora beyin siqnallarını naqilsiz ötürən disk formalı implant yerləşdirib.
Professor Blok həmin implantı yerimə ilə əlaqəli sinir ucları ilə mürəkkəb şəkildə əlaqələndirib.
F.SALMANOVA,
“Xalq qəzeti”