Tətbiq yükləyən zaman ehtiyatlı olaq!

post-img

 “Google Play Store”də yeni “troyan” adlı virus aşkar edilib. 


Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) xəbər yayıb. 
Məlumatda qeyd olunur ki, dünyada geniş yayılmış bu virus növü kompüter sistemini tədricən sıradan çıxarmaq qabiliyyətinə malikdir. 
Virus, həmçinin smartfon ekranının videosunun çəkilməsi üçün nəzərdə tutulmuş “iRecorder-Screen Recorder” adlı tətbiq daxilində yerləşdirilib və həmin tətbiq 10 minlərlə yüklənmə sayına sahibdir.
Tətbiq “Google Play Store” platformasına 2021-ci ilin sentyabrında yerləşdirilib.
2022-ci ilin avqustunda isə tərtibatçılar bu tətbiq üçün yenilənmə təqdim ediblər. 
Tətbiq ilk günlərdə zərərsiz görünsə də, sonradan ziyanlı tərəfləri üzə çıxmağa başlayıb. 


Fidan HÜQUQQIZI, 
“Xalq qəzeti”

Son xəbərlər