Bir neçə həftə əvvəl “Nvidia” şirkəti hər kəsin səbirsizliklə gözlədiyi yeni videokart ailəsi olan RTX 3000-i təqdim etmişdi. Lakin sifariş etmək üçün səbirsizlənən istifadəçiləri bir problem gözləyirdi: Videokart stokları.
Belə ki, yeni nəsil videokartlar az sayda istehsal edildiyi üçün stok problemi yaşayırdı və istifadəçilər bir müddət daha gözləməli idi. Görünən odur ki, “Nvidia”nın videokart ekosistemindəki rəqibi AMD bu problemə qarşı tədbirlər görüb.
AMD rəsmilərindən olan Frank Azorun verdiyi məlumata görə, şirkətin yeni nəsil videokart ailəsi olan
RX 6000 stok problemi yaşamayacaq.
Z.BAYRAM, “Xalq qəzeti”