Şəkidə özünüməşğulluq layihələri

post-img

Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov öncə rayonun Qoxmuq kənd sakini Lalə Məmmədsalahovanın təsərrüfatında olublar. 

Qeyd edək ki, təsərrüfatın rəhbəri 44 günlük Vətən müharibəsində şə­hid olmuş Kazım Məmmədsalahovun həyat yoldaşıdır. Müraciətinə uyğun olaraq o, 2021-ci ildə maldarlıq zərfi üzrə aktivlərlə təmin edilərək fermasını yaradıb. 

Sonra Oxud kənd sakini Samirə Salamovanın özünüməşğulluq proq­ramı çərçivəsində qurduğu dərzixana­ya baş çəkilib. S.Salamova keçən il dərzilik zərfi üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.

Hər iki proqram iştirakçısı onlara göstərilən sosial dəstəyə görə Prezi­dent İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar qurduqları təsərrüfat­larını inkişaf etdirməyə səy göstərdik­lərini vurğulayıblar.

Daha sonra S.Babayev və E.Usubov Şəki Reabilitasiya Mərkəzin­də əlilliyi olan şəxslərə göstərilən xid­mətlərlə tanış olublar. Son illərdə müa­sir standartlara uyğun şərait yaradılan mərkəzdə Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapev­tik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat