“Hər yerdə kitab!”

post-img

Jalə Əhmədova adlı bir nəfər fəal sosial şəbəkə izləyicisi dünən özünün “Facebook” səhifəsində maraqlı bir paylaşım edib. Orada yazılır:

“Bu gün (dünən-M.H) bir qrup gən­cin iştirakı ilə Bakı Metropoliteninin “İçə­rişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər “Hər yerdə kitab!” devizi ilə maarifləndirici aksiyaya start verilib. Tədbir çərçivəsində tələbələr elmi, bədii və publisistik kitablar oxuyub­lar. 

Aksiyanın keçirilməsində məqsəd insanları oxumağa və mütaliəyə təşviq etmək, onları “Kitab oxumaq üçün vax­tım yoxdur” düşüncəsindən uzaqlaşdır­maqdır. 

Məkan olaraq metronun seçilməsi də məhz bununla əlaqəlidir. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq, hər yerdə ki­tab oxumaq mümkündür. 

Sonda aksiya iştirakçıları ilə bir yer­də oxunan kitablar təhlil edilib və xatirə şəkli çəkilib. Hörmətli gənclər! Siz də oxuduğunuz kitabla şəkil çəkdirərək ak­siyaya qoşula bilərsiniz.

P.S. Dünyanın bir çox ölkələrin­də uzun illərdir metroda kitab oxumaq ənənəsi var. Bu, eyni zamanda vaxta qənaət deməkdir.

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat