Türk yazıçının əsəri Naxçıvan səhnəsində

post-img

Bugünlərdə 140 yaşı tamam olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səh­nələşdirilən tamaşa təqdim edilib.

Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilən “Cibimizdəki dəlilik” tamaşasında insanın insana yadlaşması, özündən, öz dəyərlə­rindən uzaqlaşması acı bir həqiqət kimi öz səhnə həllini tapır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müs­bət insani keyfiyyətlərdən yoxsullaş­dığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axarına uyub yaşayırlar.

Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Res­publikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respubli­kasının incəsənət ustaları və ictima­iyyət nümayəndələri böyük maraqla izləyiblər. 

Sonda Naxçıvan Muxtar Respub­likasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayən­dəsi Fuad Nəcəfli yaradıcı heyətlə görüşərək kollektivi Naxçıvan teat­rının 140 illiyi münasibətilə səmimi təbrik edib.

 

Səbuhi HƏSƏNOV,

“Xalq qəzeti”



Sosial həyat