Heyvanlarla danışa bilmək elmdə fantastika ola bilər! Yoxsa, bu, yaxın gələcəyin reallığıdır? Süni intellekt bu mövzuda bizi ümidləndirməyə davam edir.
Elm adamları bu yaxınlarda şimpanzelərin öz dillərinə sahib olduqlarını və ünsiyyət qura bildiklərini kəşf ediblər. Bir gün ev heyvanımızla əsl söhbət edə bilsək və ya onların fikirlərini anlaya bilsək, nə baş verər? Cavab isə çox sadədir –heyvanlarla danışmağımıza imkan verən süni intellekt yarana bilər.
Bu sizə film ssenarisi kimi görünə bilər. Lakin bunun sayəsində heyvanlarla necə ünsiyyət qurmağımız üçün yeni qapılar açıla bilər. Belə ki, bu əsas dil modelləri kimi istifadə edilən süni intellekt modelləridir. Bu modellər insan dilini anlamağı və şərh etməyi hədəfləyir.
Əsas məqsəd ondan ibarətdir ki, insan dilini daha asan qavranılan etdikcə, heyvanlar eyni anlama səviyyəsindən istifadə edərək sözləri və cümlələri deşifrə edə bilsinlər. Belə olan halda insanlarla heyvanlar arasında ünsiyyəti artırmaq mümkün olacaq.
Alimlər arasında süni intellektin bəşəriyyətə təhlükə yarada biləcəyini düşünənlər də var. Bununla belə, qeyd edirlər ki, heyvanlarla danışmaq üçün süni intellektdən istifadə ideyası, çox həyəcanverici ola bilər. Süni intellekt vasitəsilə bir heyvanla ünsiyyət qurmaq onu anlamaq demək deyil. Bu tip tədqiqatın tətbiqi üçün hələ çox uzun bir yol var. Uzun və eyni zamanda da maraqlı…
Səadət RZAYEVA, “Xalq qəzeti”