Psixi sağlamlıq üzrə maarifləndirmə kampaniyası

post-img

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı ilə Bərdə “ASAN xidmət” mərkəzində maarifləndirmə kampaniyası təşkil edib. 

Kampaniyanın məqsədi psixi sağ­lamlıq və psixo-sosial dəstək mövzu­sunda əhalinin maarifləndirilməsini artırmaq və bu sahədə mövcud olan stiqmaları azaltmağa təşviq etməkdir. 

Maarifləndirmə kampaniyası za­manı layihənin psixoloqları və sosial işçiləri əhalini psixi sağlamlıq haqqın­da məlumatlandırıb, onların stres və narahatlıq səviyyələrini qiymətləndir­mək üçün testlər keçiriblər. Eyni za­manda, vətəndaşlara stres, depres­siya, təşviş və post-travmatik stres pozuntusu kimi psixi sağlamlıq halla­rı, eləcə də mübarizə mexanizimləri haqqında məlumatlardan ibarət bro­şürlər paylanıb. 

Layihənin məqsədi Azərbaycan­da psixi sağlamlıq və psixo-sosial dəstək sahəsinin inkişafı üçün mul­tidisiplinar koordinasiya mexanizmi­nin yaradılmasına kömək etmək və ilkin səhiyyə xidməti göstərən müəs­sisələrdə psixi sağlamlıq xidmətinin göstərilməsi üçün potensialın forma­laşdırılmasıdır. Bu layihə keçmiş tə­mas xətti boyunca yerləşən 5 rayonu – Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtəri əhatə edir və Aİ ilə ÜST-nin Azərbaycana olan davamlı dəstəyi­nin tərkib hissəsidir. 

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat