Dövlət Yanğından Mühafizə Xidmətində “açıq qapı” günü

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Yasamal rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, on­ların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni za­manda, ilkin yanğın təhlükəsizliyi bi­liklərinin formalaşmasına və yanğın­söndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən XXI Əsr Beynəlxalq Təhsil və İnnova­siya Mərkəzinin 1-ci və 2-ci sinif şa­girdləri, müəllim və valideynlər iştirak edib.

Tədbir iştirakçılarına yanğın­söndürənlərin günlük rejim qayda­ları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən isti­fadə qaydaları və əməkdaşların gün­lük məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı isti­fadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər