“Azpetrol” şirkəti 100-cü yanacaqdoldurma məntəqəsini “Zəfər yolu” üzərində açdı

post-img

Azərbaycanda ən geniş yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” brendi bu gün önəmli hadisəni qeyd edir.

Şirkətin sayca 100-cü yanacaqdoldurma məntəqəsi işğaldan azad olunmuş Füzuli şəhə­rində istifadəyə verildi. Hadisəni önəmli edən həm yanacaqdoldur­ma məntəqəsinin “Zəfər yolu” üzərində yerləşmə­si, həm də Azərbaycan xalqının Ümumilli Lide­rinin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü ilə düşməsidir.

Bu gün istifadəyə ve­rilən modul tipli “Füzuli YDM” işğaldan azad olunmuş ərazilərdə “Azpetrol”-un sayca 4-cü məntəqəsidir. Yeni yanacaqdoldurma məntəqəsində “Aİ-92”, premium və dizel yanacaq növlərinin satışı həyata keçiriləcəkdir. Bu məntəqədə 4 yeni iş yeri yaradılıb. Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”-in iş­çiləri nəzərə alınmaqla, “Azpetrol” şirkəti işğaldan azad olunmuş ərazilərdə artıq 17 daimi iş yerinin açılmasını təmin edib.

“Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq Azərbaycanın yanacaqdol­durma bazarında lider mövqeyini bundan sonra da möhkəmləndirəcək, bu şəbəkəni və onun əhatə dairəsini genişləndirəcək, təklif edilən xidmətlərin çeşidini və keyfiyyə­tini daim artıracaqdır. 

“Azpetrol” şirkətinin ilk yanacaqdoldur­ma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Mos­kva prospekti 1013-cü məhəllədə açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 100 yanacaqdol­durma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliy­yatda sərnişindaşımaya xidmət edən res­publikada ən müasir standartlara cavab verən sıxılmış 1 təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobazası, yanacağın məntəqələrə fasiləsiz daşınmasını təmin edən 100-dən atrıq yanacaq daşıyan avtomaşını və mi­nik maşınları üçün avtosahəsi mövcud­dur.Hazırda fəaliyyət göstərən yanacaq­doldurma məntəqələrində sıxılmış 4 təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və elektromobillərin enerji ilə 17 dol­durma postu, 8 motel, eyni zamanda əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyu­ma və market) fəaliyyət göstərir. 

“Azpetrol” – Daim inkişafa doğru!

Son xəbərlər