“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ AÇIQ TENDER ELAN EDİR

post-img

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ “Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binasının tikintisi” işlərinin satın alınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhür­lənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsin­lər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrü­bəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbə­sindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs- satınalma şöbəsinin müdiri İntizam Novru­zov – [email protected] və baş məsləhətçi Tural Rzayev - t.r­[email protected], telefon- + 9955 489 98 20. 

İşlərin qısa təsviri:

Ərazidə 5 ədəd 5 mərtəbəli yaşayış binası, 1 ədəd nəzarət məntəqəsi, uşaq meydançası, idman üçün meydança, futbol mey­dançası, 2 ədəd velosiped dayanacağı və s.

Tenderdə iştirak haqqı: 1500,00 ( bir min beş yüz) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat- “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəet­mə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 3201635961

Bank- “ABB”nin Mərkəz filialı

Kod-0 805722

VÖEN- 9900001881

H/h- AZ95İBAZ38030019443196817204

M/h- AZ03NABZ01350100000000002944

SWIFT İBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təmina­tın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətin­dən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzala­yacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müd­dət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyə­ti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəniş­lərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəy­yən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin ol­ması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imka­nı, habelə ödəmə qabiliyyəti olması barədə arayış.(tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kom­mersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış. (ten­der elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzin­də özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol­masının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qay­dada təsdiq edilmiş surəti təqdim edilməlidir)

• Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat.

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesa­batları.

• Baş podratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 5 (beş) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 2.5 (iki milyon beş yüz min) milyon olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü olaraq icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir;

• Son beş il (1 yanvar 2017 – ci il 31 dekabr 2021-ci il ) ərzində tikinti - quraşdırma işləri üzrə ən azı 10 milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər. 

Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkət­dən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bənd­lərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 iyun 2023-cü il saat 16:00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 iyun 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınal­ma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin inzibati binasında 23 iyun 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılı­şında iştirak edə bilərlər.

 

Tender komissiyası

Reklam və elan