Omanın nüfuzlu jurnalında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

post-img

Omanın nüfuzlu “Hibr əl-Vətən” jurnalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Misir-Azər­baycan Dostluq Cəmiyyətinin sədri, tə­dqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalədə bu günlərdə xalqımı­zın və dünyanın müxtəlif ölkələrində ya­şayan azərbaycanlıların dahi siyasətçi, Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edərək inkişaf və əmin-amanlıq yoluna çıxaran ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi­ni qeyd etdiyi bildirilib. Omanlı oxucu­ların diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub.

Məqalədə Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaq­larımızı erməni işğalından azad etdiyi, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkəmizin Ermənistanla hərtərəfli sülh sazişinin əldə edilməsi, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması istiqamətində səylərini davam etdirdiyi diqqətə çatdırılıb.

Xalqımızın ümummilli liderinin zən­gin həyat və fəaliyyəti haqqında ərəb Oman ictimaiyyətinə ətraflı məlumat verən tədqiqatçı-alim qeyd edib ki, Hey­dər Əliyevin fədakarlıqla dolu həyatı­nın hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyi və milli sərvətdir. Müəllif vurğulayıb ki, ulu öndər istər sovet ha­kimiyyəti, istərsə də müstəqillik illərində öz xalqının gələcəyi, rifahı və əmin-a­manlığı üçün çalışıb. O, SSRİ-nin ali hakimiyyət orqanı olan Siyasi Büronun üzvü seçilib, SSRİ Nazirlər Soveti səd­rinin birinci müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev həmin vəzifələrdə də doğma Vətəni naminə böyük işlər görüb. Dahi lider misilsiz xidmətləri ilə öz adını tarix səhifələrinə qızıl hərflər­lə yazdırıb. O, eyni zamanda, müasir Azərbaycan dövlətinin qurucusu kimi xalqın böyük ehtiramını qazanıb.

Sosial həyat