Paşinyan rejiminin maskası yırtıldı

post-img

Özünü dünyaya demokratik, insan hüquq və azadlıqlarının qorunduğu ölkə kimi sırımağa çalışan Ermənistan hökumətinin maskası növbəti dəfə yırtıldı. Nikol Paşinyan rejimi anti-humanist, anti-bəşəri mahiyyətə malik olduğunu, beynəlxalq humanitar hüququ heçə saydığını bütün cahana bir daha nümayiş etdirdi.

Bu ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və haylar tərəfindən əsir götürülmüş əsgə­ri Aqşin Bəbirov üzərində tələm-tələsik qurulan saxta “məhkəmə prosesi” onun mayın 8-də qanunsuz olaraq 11,5 il müd­dətinə azadlıqdan məhrum edilməsi ilə yekunlaşdı. Bir aydan da az çəkən müd­dət ərzində keçirilən proses, bəlkə də, sürətinə görə, Ginnesin “Rekordlar kita­bı”na düşməyə layiqdir. 

Bu məqamın özü də prosesin nə qədər qeyri-şəffaf, kortəbii və Ermənis­tan hakimiyyətinin siyasi sifarişi ilə apa­rılmasının göstəricisidir. Hazırda orada ordumuzun daha bir əsgəri – Hüseyn Axundovun üzərində qurama “məhkəmə prosesi” keçirilir. Ermənistan rejiminin Azərbaycana və azərbaycanlılara mü­nasibətdə xəbis mahiyyəti onun barə­sində də qanunsuz qərar çıxarılacağını deməyə əsas verir.

Əsgərimizin qanunsuz olaraq azad­lıqdan məhrum edilməsinə Azərbayca­nın müvafiq dövlət qurumları münasibət bildiriblər. Xarici İşlər Nazirliyi Aqşin Bə­birovun həbsi ilə bağlı qondarma qərarı şiddətlə qınayıb. Qeyd edilib ki, əsgərlə­rimizi amansız fiziki işgəncələrə məruz qoyan Ermənistan bu qurama “məhkəmə prosesi” vasitəsilə onları mənəvi-psixo­loji işgəncələrə də məruz qoyur: “Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir. Bu qurama addım Ermə­nistan tərəfinin etimad quruculuğu tədbi­rinə qarşılıq vermədiyini, bölgədə barışıq və etimad yaradılmasında maraqlı olma­dığını göstərir. Etimad quruculuğu səylə­rinə zərbə vurulmasının məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür. Er­mənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoy­malı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir”.

XİN əsarətdə olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq icti­maiyyəti, aidiyyəti təşkilatları və QHT-ləri Ermənistana ciddi təsir və təzyiq göstər­məyə çağırıb.

İnsan Hüquqları üzrə Müvəkkil (Om­budsman) Səbinə Əliyeva da yaydığı bəyanatda saxta “məhkəmə prosesi” və Aqşin Bəbirovun qanunsuz olaraq azad­lıqdan məhrum edilməsini kəskin şəkildə pisləyib: “İştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normalara zidd olaraq, azərbaycanlı hərbi qulluqçu­ları qəddarcasına işgəncələrə məruz qo­yan Ermənistan indi də qondarma “məh­kəmə prosesi” təşkil etməklə, beynəlxalq və prosessual normaları kobud şəkildə pozaraq onları qanunsuz olaraq azadlıq­dan məhrum edib”.

Ombudsmanın bəyanatında daha əvvəl Ermənistanda əsgərlərimizin qa­nunsuz həbsi ilə əlaqədar beynəlxalq və regional təşkilatlara müraciət edildiyi qeyd olunub: “Onların qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı Er­mənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Ko­mitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanıb. Qondarma “məhkəmə pro­sesi”ndə verilmiş “qərarı” ədalətsiz hesab edir, azadlıq hüququnun kobud pozulma­sına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir, əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edirik”.

***

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Aqşin Bəbirovun həbsi barədə aprelin 10-da, Hüseyn Axundovun həbsi barədə isə aprelin 12-də məlumat yayıb. Məlumatda onların gecə vaxtı tutulduqla­rı qeyd olunub. Aprelin 13-də parlament­də çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələdən sui-istifa­dəyə çalışıb. O qeyd edib ki, Ermənis­tan ərazisində həbs edilən Azərbaycan əsgərləri, guya, geri qayıtmaq istəklərini bildirməyiblər. 

Paşinyan daha sonra ağ yalana və böhtana keçib: “Aparılmış istintaq-əmə­liyyat tədbirləri nəticəsində məlum olur ki, Azərbaycan Ordusunun hərbçisi öz əsgər yoldaşı ilə digər əsgər yoldaşları­nın təzyiq və təhqirlərinə məruz qalaraq, sadəcə olaraq, mövqelərindən qaçıblar. Beynəlxalq öhdəliklərimizə görə, belə vəziyyətdə olan şəxs geri qayıtmaq istə­mirsə, biz onu zorla geri qaytara bilmərik. Ən azından indiki məqamda əsgər belə bir arzu ifadə etməyib”.

Sonradan isə Bəbirov və Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar. Qeyd et­diyimiz kimi onlardan biri barədə “hökm” çıxarılıb, digəri ilə bağlı “istintaq tədbirlə­ri” davam edir.

N.Paşinyanın parlamentdə səsləndir­diyi fikirlərlə sonradan əsgərlərimizə qura­ma cinayət işinin açılması və azadlıqdan məhrum etmələri arasındakı ziddiyyəti, məntiqsizliyi görürsünüzmü? Yaxşı, əgər əsgərlərimiz Paşinyanın iddia etdiyi kimi, “mövqelərindən qaçıblarsa” onlara han­sı əsasla cinayət işi açılıb? Onun parla­mentdəki açıqlaması ilə sonradan atılan addımlar absurdun zirvə nöqtəsidir. Əs­lində isə Ermənistan hökuməti bununla 44 günlük Vətən müharibəsindən son­ra – dekabrın 10-da Xocavənddə təxri­bat-diversiya əməlləri törətdikləri üçün həbs edilən və Azərbaycan məhkəmələ­rinin barələrində qanuna müvafiq olaraq azadlıqdan məhrumetmə qərarı çıxardığı şəxslərin dəyişdirilməsinə nail olmağa çalışır. Başqa sözlə desək, İrəvan bu məsələni sövdələşmə obyekti etmək istə­yir. Bu cür mənəviyyatdan kənar hərəkət isə yalnız Paşinyan iqtidarına xas ola bilərdi. 44 günlük Vətən müharibəsi döv­ründə Azərbaycanın Tərtər, Bərdə şəhər­lərini, habelə cəbhədən yüzlərlə kilometr aralıda yerləşən Gəncə şəhərini raket və ağır artilleriya atəşinə tutan, mülki insan­ları – qadınları, uşaqları, yaşlı insanları qətlə yetirən, Mingəçevir su elekrik stan­siyası kimi kritik infrastruktur obyektimi­zi sıradan çıxarmağa çalışan Paşinyan hakimiyyətindən əsgərlərimizlə bağlı bu addım gözlənilən idi.

 

S.HƏMİD, “Xalq qəzeti”

Siyasət