“Anadolu Qartalı-2023” beynəlxalq təlimində nümunəvi uçuşlar icra olunub

post-img

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı–2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və iki­yerli təlim-döyüş F-16 qırıcı təyyarələrin­də türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər.

Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüv­vələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qay­dalarına riayət etməklə uçuş-enmə zola­ğında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər.

Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Yıldızları” aviaqrupu müxtəlif manevrlər ediblər.

 

“Xalq qəzeti”

Son xəbərlər