Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində yeni yaradılan, ulu öndərin şərəfli həyat və fəaliyyətini özündə əks etdirən xatirə guşəsinin önünə toplaşaraq, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, görkəmli siyasi xadim Heydər Əliyevin xalqımızın taleyində, Azərbaycanın son yarım əsrlik tarixində misilsiz xidmətləri olub. Natiq bu gün ölkə daxilində və dünyada 100 illiyi geniş qeyd olunan ulu öndərin respublikanın bir çox sahələri kimi, səhiyyəyə də böyük önəm və diqqət verdiyini xüsusi vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Respublika QİÇS-lə Mübarizə Mərkəzi üçün alınmış yeni avadanlıq və aparatlara baxmış, bu qurğuların iş metodları ilə tanış olmuşlar.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”