Ulu öndərə sonsuz ümumxalq məhəbbəti

post-img

Sumqayıt

Ulu öndər Heydər Əliyevin ana­dan olmasının 100 illiyi münasibə­tilə onun arzularının şəhəri sayılan Sumqayıtda silsilə tədbirlərin keçi­rilməsi davam edir. Bütün layihələr­də, elmi-praktik konfranslarda, dəyirmi masalarda, ədəbi-bədii ge­cələrdə, sərgilərdə görkəmli dövlət xadiminin kitablara, filmlərə sığma­yan titanik fəaliyyətindən geniş söh­bət açılır. 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Heydər Əliyev Mərkəzi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev – Ədəbiyyat və mədə­niyyət” mövzusunda konfrans maraqla qarşılanıb. 

Ümummilli liderin yubileyi çərçi­vəsində təşkil olunan üçgünlük kros yarışına isə SOCAR “Azərikimya” İs­tehsalat Birliyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təş­kil etdikləri yarışa idarə, müəssisə və təşkilatların əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri – ümumilikdə 200 nəfər qatılıb.

Mükafatlandırma mərasimində ümummilli liderin nəsillərə örnək ömür yolundan bəhs edilib, Azərbaycan döv­ləti və dövlətçiliyi üçün gördüyü işlər, göstərdiyi misilsiz xidmətlər xatırlanıb. Sonra qaliblər elan olunub və onlara diplomlar, mükafatlar, medallar təqdim olunub. 

Heydər Əliyev Mərkəzində gənc rəssam Mehriban Əliyevanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi də ümummilli liderin100 iliyinə həsr edilib.

Mingəçevir

“Heydər Əliyev və Azərbaycan­da inklüziv təhsil”, “Müstəqil Azər­baycan dövlətinin qurucusu Heydər Əliyev ideyaları əsasında hüquqi dövlət və Azərbaycan polisinin for­malaşması” mövzusunda konfrans­lar, yubileyə həsr olunan “Prezident Kuboku – 2023” beynəlxalq reqa­tası, habelə musiqi məktəblərində təqdim edilən konsert proqramları Mİngəçevirdə keçirilən yubiley təd­birlərinin bir qismini təşkil edib. 

Şəhər Məhkəməsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın in­tibah dövrü” mövzusunda konfransda eyni adda, həmçinin “Heydər Əliyev – məhkəmə hüquq islahatlarının müəl­lifi”, “Heydər Əliyev və Azərbaycan əd­liyyəsinin inkişafı” və sair mövzularda məruzələr dinlənilib. Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. 

Şirvan

Hər yerdə olduğu kimi, Şirvan şəhərində də ictimaiyyətin geniş nümayəndələri ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edib.

Şəhər rəsmiləri və qonaqlar əvvəl­cə ümummilli liderin şəhərin mərkə­zində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xa­tirəsini dərin ehtiramla yad ediblər.

Sonra Şirvan Mədəniyyət Mərkə­zində ulu öndər Heydər Əliyevin Azər­baycan xalqı, dövləti qarşısında xid­mətləri, eləcə də həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən sərgi ilə tanış olublar. Mədəniyyət Mərkəzin­də həmçinin şəhid övladları və mək­təblilər üçün geniş konsert proqramı təşkil olunub. Mərasimdə çıxış edənlər ölkəmizdə uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yük­sək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu iftixarla bildiriblər. Tədbir Mədəniyyət Mərkəzi solistlərinin və rəqs qrupunun ifasında konsert proqramı ilə davam edib. Sonda Salyan Dövlət Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa nüma­yiş olunub.

Lənkəran 

Mayın 10-da səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyəti­nin başçısı Taleh Qaraşov, icra apa­ratının rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qul­luqçular, idarə və müəssisələrin kol­lektivi, şəhid ailələrinin üzvləri, mü­haribə əlilləri və geniş ictimaiyyətin nümayəndələri Lənkəran şəhər Hey­dər Əliyev xatirə parkında ümummil­li liderin abidəsini ziyarət ediblər. 

Abidənin önünə tər güllər düzən lənkəranlılar dahi şəxsiyyətə olan həd­siz hörmət və ehtiramlarını ifadə edib­lər. 

Daha sonra Heydər Əliyev Mərkə­zində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı foto sərgiyə baxış keçirilib, Hey­dər Əliyev muzeyi ziyarət olunub və ümummilli liderin oradakı büstü önünə gül dəstələri düzülüb. Gün ərzində ulu öndərin abidəsinin ziyarəti davam etdi­rilib. 

Ağcabədi 

Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin (ADPU) Ağcabədi filialı­nın və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin bir­gə əməkdaşlığı ilə “Heydər Əliyev 100: Nəsillərin görüşü” adlı tədbir keçirilib.

Tədbirdə ulu öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edilərək bildirilib ki, Vətən, xalq qarşısında misilsiz xid­mətlərinə görədir ki, bu gün ümummilli liderin 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənar­da yüksək ehtiram və dərin minnətdar­lıq hissi ilə geniş qeyd olunur.

Natiqlər ulu öndərlə bağlı özəl xa­tirələrini paylaşıb və qeyd ediblər ki, illər, əsrlər ötsə də, ümummilli lider Heydər Əliyev Günəş kimi xalqımızın yoluna daim nur saçacaq. 

Zaqatala 

Adi bir vətəndaşın öz evinin həyətində ümummilli liderin həyat və yaradıcılığına dair 500-ə yaxın fotoşəkildən ibarət ayrıca muzey ya­ratması dahi rəhbərə xalq sevgisinin daha bir təzahürüdür. 

Söhbət Zaqatala rayon sa­kini, Əməkdar mədəniyyət işçisi Rəşid Ələkbərov ərsəyə gətirdiyi Heydər Əliyev Muzeyindən gedir. 

Qeyd edək ki, 74 yaşlı R.Ələkbərov 40 il ərzində dahi liderin xarici səfərlər­də və ölkə daxilində keçirdiyi görüşlər, qatıldığı tədbirlər zamanı çəkilən fo­tolarını toplayıb. O bildirib ki, 1983-cü ildə kəndirbaz kimi İçərişəhərdə çıxış edərkən Heydər Əliyevin diqqətini çə­kib və orada ulu öndərlə görüşüb. Hə­min görüşdən sonra həyatında hər şey dəyişib: “Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazir­lər Soveti sədrinin birinci müavini idi. İçərişəhərdə təşkil olunan Xalça bay­ramına gəlmişdi. Çıxışımdan sonra ulu öndər mənimlə görüşdü. Dedi ki, cavan oğlan, sənə halaldır ki, bu ata-baba sənətini davam etdirirsən”.

R.Ələkbərov vurğulayıb ki, bu gö­rüşdən sonra H.Əliyevə olan hörmət və ehtiramı daha da artıb, ümummilli liderin fotolarını toplamağa başlayıb. “Yeddidən yetmiş yeddiyə, hər kəsin sevgisini qazanan ulu öndər Heydər Əliyev bütün Azərbaycan xalqının qəl­bində daim yaşayır və bundan sonra da yaşayacaq”, - o deyib.

Balakən

Dahi şəxsiyyət Heydər Əliyevin yubileyi ərəfəsində Balakəndə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azər­baycan Dram Teatrının aktyorları şa­ir-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tama­şasını oynayıblar. 

Mayın 10-da isə rayon ictimaiyyəti­nin nümayəndələri Mədəniyyət Mərkə­zində ulu öndərin əziz xatirəsini rəsmi tədbirlə qeyd ediblər. Balakən rayon İcra hakimiyyətinin başçısı İslam Rza­yev geniş məruzə ilə çıxış edib. O, bil­dirib ki, “Heydər Əliyev İli” çərçivəsində rayonda silsilə tədbirlər davam edir. Natiq ulu öndərin zəngin irsinin, fəa­liyyətinin və ideyalarının indiki və gələ­cək nəsillər üçün örnək olduğu diqqətə çatdırıb. Hər bir azərbaycanlının qəl­bində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, Onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağını vurğulayıb.

Axşam isə Heydər Əliyevin adını daşıyan parkda konsert və atəşfəşanlıq keçirilib.

 

Hazırladı:
Əli ƏLİYEV, “Xalq qəzeti”







Sosial həyat