Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi

post-img

Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.

Sərgidə ulu öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mə­dəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçi­nin sərgidə ümummilli liderin vaxtı ilə Qa­rabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır. 

Sərginin ekspozisiyasından aydın gö­rünür ki, ulu öndər dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Qara­bağın tarixini, mədəniyyətini, incəsənəti­ni mükəmməl bilir, böyük diqqət və qay­ğı göstərərək onun inkişafına çalışırdı. 1969-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürək­kəb tarixi şəraitdə bölgədəki həyatın bü­tün sahələrində geniş islahatlar həyata keçirməyə nail oldu. 1979-cu il yanvarın 12-də ümummilli liderin iştirakı ilə “Ağ­dam–Xankəndi” dəmiryolunun açılışı oldu və istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrü­fat və iqtisadi cəhətdən daha çox birləş­dirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. 

Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azər­baycan Prezidenti İlham Əliyevin rəhbər­liyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.

Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Sosial həyat