Mədəniyyət paytaxtında möhtəşəm 100 ilin izləri nümayiş etdirilib

post-img

Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişində dövlət və hö­kumət rəsmiləri, hazırda Şuşada ke­çirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, tanınmış mədə­niyyət, incəsənət və elm xadimləri işti­rak ediblər. 

Heydər Əliyev Fondu tərəfindən təq­dim edilən ekran əsərində ulu öndərin həyat və fəaliyyətindən bəhs olunub. Filmin ssenarisi ümummilli lider Heydər Əliyevin çıxışları əsasında onun siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. 

Filmdə ümummilli liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azər­baycanın müstəqil dövlət kimi qüd­rətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasətdən bəhs olunur. Eyni zaman­da, işğal altındakı torpaqlarımızın Azər­baycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz illik işğaldan azad olunması, res­publikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da ümummilli lider Heydər Əliyevin vəsiyyətinin və arzula­rının reallaşması da filmdə yer alıb.

Sosial həyat