“Hüquq və insan haqları virtual kitabxanası”nın təqdimatı

post-img

Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması çərçivəsində “Hüquq və insan haqları virtual kitabxanası”nın ictimaiyyətə açıq təqdimatı keçirilib. Təqdimat ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. 

Azərbaycan Respublikasının Pre­zidenti Administrasiyasının Hüquq si­yasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov bildirdi ki, ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemin­də də fəaliyyətin yüksək tələblər səviy­yəsində qurulması üzrə xidmətləri bu gün öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycanda hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi isla­hatlar hazırda Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərən­camlar qısa dövr ərzində ölkəmizin di­namik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermiş­dir. R.Qasımov İnstitutun “Hüquq və insan haqları virtual kitabxanası”nı ya­ratmaq təşəbbüsünün hüquq ədəbiyyatı oxucuları üçün böyük töhfə olacağını da vurğuladı.

BMT-nin İnkişaf Proqramının Azər­baycandakı Rezident nümayəndəsi və­zifəsini icra eedən Nuno Quieros “İnsan hüquqları – 2030 Gündəliyi və Dayanıq­lı İnkişaf Məqsədləri”nə nail olunması­nın BMTİP-in əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, virtual ki­tabxananın da bu prosesə ciddi töhfə verəcəyinə inandığını bildirdi. 

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Heydər Əliyevin ölkəmizdə insan hüquqları istiqamətin­də atdığı vacib addımlar barədə ətraflı məlumat verərək bildirdi ki, ulu öndərin 10 illik fəaliyyəti ərzində 1 Konstitusi­ya (48 maddəsi sırf insan hüquqlarına həsr edilib), 13 məcəllə, 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, yüz mindən çox in­sana şamil edilən 32 əfv fərmanı və 7 amnistiya aktı qəbul edilmişdir. İnstitut rəhbəri həmçinin bildirmişdir ki, təqdim edilən virtual kitabxanada azərbaycanlı alimlərin hüquq və insan haqlarına dair üç dildə yazdıqları 217 vəsait pulsuz is­tifadə üçün yerləşdirilmişdir. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hüququn mənşəyini, in­kişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyillərini öy­rənən, eyni zamanda bütün hüquq elm­ləri üçün ümumi anlayışlar və kateqo­riyalar təşkil edən fundamental hüquq bazasının yaradılmasını təqdirəlayiq hesab edərək, bu ideyanı dəstəklədiyini diqqətə çatdırdı.

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Sosial həyat