Dünyanı heyran qoyan insan

post-img

Bu gün dünyanın məşhur dövlət xadimlərinin, nüfuzlu siyasətçilərinin beyin mərkəzlərinin Heydər Əliyevin adını tarixdə silinməz izlər buraxmış dahi şəxsiyyətlərlə bir sırada çəkməsi ümummilli liderin şəxsiyyətinə beynəlxalq miqyasda verilən qiymətdir. Dünya şöhrətli siyasətçi və dövlət xadiminə ən layiqli qiyməti isə müstəqilliyi yolunda canını fəda etdiyi Azərbaycan xalqı və dövləti verdi: Ümummilli Lider, Ulu Öndər! Milli mənsubiyətini qürur mənbəyi sayan bu titulların sahibinin 100 illiyinin dünyanın dörd tərəfində dərin hörmət və sevgi ilə qeyd edilməsi bu gün hər bir azərbaycanlını qürurlandırır. 

ABŞ-da şahmat turniri

ABŞ-ın Nyu-York şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib. Yarış Birləşmiş Ştatlarda fəa­liyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pou­run rəhbərlik etdiyi "Chess father" şirkətinin təşkilatçılığı və Di­asporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. 

Açılışda çıxış edən Elvin Bağır-Pour ümummilli liderin xatirəsini yad edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xi­laskar rolunu oynayan dahi insanlar var. Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Yubiley yarışında müxtəlif şəhər və ştatlardan gəlmiş 5–60 yaş arasında 50-dən çox idmancı iştirak edib. 

Turnirdə yerli beynəlxalq qrossmeyster Maksim Dlugi birinci, ABŞ-da yaşayan azərbaycanlı şahmatçı Əli Əlizadə ikinci, amerikalı şahmatçı Danielo Kuellar isə üçüncü yeri tutub.

Həştərxanlılar ulu öndəri hörmətlə xatırlayırlar

Rusiyanın Həştərxan vilayətində Heydər Əliyevin 100 illik yubi­leyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin açılışında Azərbay­can rəhbərinin regionlararası əməkdaşlığın, xüsusən də Rusiyanın Həştərxan vilayəti ilə əlaqələrin inkişafında böyük rolu vurğulanıb. 

Çıxış edənlər bu istiqamətdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdiklərini, ona hörmətlə yanaş­dıqlarını bildiriblər. Tədbirin davamı olaraq Azərbaycanın və Həştərxan vilayətinin incəsənət ustalarının iştirakı ilə musiqili proqram təqdim edi­lib. Azərbaycan və rus dillərində mahnılar səsləndirilib, Azərbaycan və Rusiyanın folklor qrupları milli rəqslərlə çıxış ediblər. 

“Heydər Əliyev–2023” təlimi uğurla davam edir

Türkiyənin Qars şəhərində Azərbaycan və Türkiyə Silahlı Qüv­vələrinin birgə iştirakı ilə “Heydər Əliyev–2023” təlimi keçirilir. 

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. “Tək ürək, tək yumruq! Türkiyə Silahlı Qüvvələrimiz ilə Azərbay­can Silahlı Qüvvələri Qarsda icra etdikləri “Heydər Əliyev–2023” təlimi uğurla davam edir”, – paylaşımda bildirilib.

Litvada yubiley konserti

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Fuad İbrahimovun iştirakı ilə Litva Filarmoniyasında konsert düzənlənib. Azərbaycanın Litvadakı səfirliyindən “report”a verilən məlumata görə, konsertdən əvvəl Filarmoniyanın foyesində Anna İbrahimbəyovanın fotolarından ibarət fotosərgi təşkil olunub. 

Konsert proqramında Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun bəstələri ilə yanaşı, cazın şahzadəsi, bəstəkar Vaqif Mustafa­zadənin də əsərlərinə yer verilib. 

Baykal – Amur magistralının baş icraçısı

Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli liderinin 100 illik yubileyi ilə bağlı keçirilən sərgidə ümummilli liderin Baykal – Amur magistralının (BAM) tikintisinə və müasir Rusiyanın nəqliyyat infrastrukturuna verdiyi töhfədən danı­şıb. O, Heydər Əliyevin BAM-ın baş icraçısı kimi layihənin irəliləmə­sində məqsədyönlü və əzmli olduğunu qeyd edib. 

“Heydər Əliyevin yüzilliyi ərəfəsində onun fəaliyyət istiqamətlərindən bir fraqment olaraq Baykal – Amur magistralının tikintisini göstərmək istərdik. Heydər Əliyev Siyasi Büroya və hökumətə bu yolun vacibliyi­ni sübut edənlərdən biri olub. Onunla heç də hamı razı deyildi, amma inandıra bildi. Üstündən 50 il keçəndən sonra görürük ki, əgər BAM-ın tikintisində Heydər Əliyevin əzmkarlığı və qətiyyəti olmasaydı, bu gün indiki həcmdə yüklərlə Uzaq Şərqə gedə bilməzdik”, – deyə Rusiya Pre­zidentinin köməkçisi vurğulayıb. 

Ümummilli lider beynəlxalq konqresdə yad edilib

Cənubi Koreyanın paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi keçirilir. Ənənəyə uyğun olaraq əvvəlcə qitə bölmələrinin, o cümlədən Avropa İdman Mətbu­atı İttifaqınn (AIPS Europe) növbəti ali forumu təşkil olunub.

Ölkəmizi hər iki məclisdə təmsil edən Azərbaycan İdman Jurnalistləri Assosiasiysının birinci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsi­nin üzvü Nərgiz Mahmudzadə moderatoru olduğu qitə bölməsinin sosial media hesablarının cari vəziyyəti haqqında hesabat verib. Qeyd edib ki, ölkəsinin ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildö­nümü ilə əlaqədar Azərbaycan İdman Jurnalistləri Assosiasiyası uğurlu layihələrə start verib. AIPS Europe üçün rəsmi internet saytının hazırlan­ması da həmin layihələr sırasındadır. Artıq bu sahədə müəyyən müsbət addımlar atılmışdır və işlər sürətlə davam edir. 

Təşəbbüs Avropa ölkələri milli assosiasiyalarının nümayəndələri tərəfindən alqışlarla qarşılanıb. AİPS Europe prezidenti Çarlz Kamen­zuli bu istiqamətdə Nərgiz Mahmudzadənin rolunu və əməyini yüksək qiymətləndirib. 

 

Hazırladı:
İ.HƏSƏNQALA, “Xalq qəzeti”











Sosial həyat