Türk dünyası ulu öndəri ehtiramla anır

post-img

Dünən İstanbulda Türk Ağsaqqalları İctimai Birliyi və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyevin türk dünyası iqtisadiyyatında və siyasi inkişafında lider rolu" mövzusunda konfrans keçirilib.

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin moderator­luğu ilə keçirilən konfransda qeyd edilib ki, hazırda Türkiyə ilə Azər­baycan arasında münasibətlər tarix boyu bu qədər yaxın olmayıb. Ulu öndərin əsasını qoyduğu mühüm missiyalar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türk Ağsaqqalları İctimai Birliyinin rəhbəri Südeyif İmamverdiyev, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi­nin rəhbəri Elşən Quliyev, "SOCAR Türkiyə" şirkətinin baş direktoru Elçin İbadov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Mahir Abbaszadə, Malik Həsənov, Sadiq Qurbanov və başqaları çıxışla­rında bildiriblər ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər olur. Azərbay­can xalqının tarixində bu şəxsiyyət ümummilli lider Heydər Əliyev­dir. Ulu öndər bütün həyatı boyu doğma xalqının inkişafı və tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu döv­lətə çevirib. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır. Ümummilli lider daim Türkiyə ilə münasibətlərə xüsusi diqqət yetirib, "Bir millət, iki dövlət" tezisi ilə hər iki ölkənin əlaqələrini daha da möhkəmləndirib.

Sosial həyat