Şəmkirdə ulu öndərin xatirəsinə ağacəkmə aksiyası

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəmkir rayonunda silsilə tədbirlər keçirilir.  

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası Şəmkir Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Ağacəkmə aksiyasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəmkir rayon polis şöbəsinin rəhbərliyi və kollektivi iştirak edib.

Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla yerinə yetirilir, respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə da ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 



Sosial həyat