Samuxda sahibkarlar “açıq mikrofon”a yaxınlaşdılar...

post-img

Son vaxtlar SOKAR "Azəriqaz" İB-nin yerlərdə keçirdiyi “Açıq mikrofon” aksiyalarında Gəncə Regional Qaz İstismar İdarəsinin əməkdaşları da yaxından iştirak edirlər. Növbəti belə bir tədbir Samux rayonunda təşkil olunub.

Aksiyada ilk olaraq Gəncə RQİİ-nin rəisi Taleh Şamradov çıxış edib. O deyib ki, bölgələrdəki sahibkarlıq subyektlərinin qaz təchizatında üzləşdiyi problemlərin minimuma endirilməsi baxımından bu cür layihələrin həyata keçirilməsi müsbət nəticələr verir. 

Sahibkarlar da öz ürək sözlərini deyib. Təxminən 10-a yaxın sahibkar debitor borcun ödənilməsində göstərilən köməkliyə görə ölkə başçısına və SOCAR rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. Onlar deyiblər ki, bu, bizi daha məsuliyyətli olmağa səfərbər edir. Cari ayın sonunadək istehlak edilən qaza görə ödənişlərin tam şəkildə ediləcəyini bildirən sahibkarlar belə bir dəstəyin və edilən güzəştlərin növbəti mövsümdə də davam edəcəyinə inandıqlarını dilə gətiriblər. 

"Açıq mikrofon" saatında sahibkarlarla yanaşı, sakinlərin də müraciətləri qeydə alınmış, onların həlli istiqamətində idarənin müvafiq şöbələrinə tapşırıqlar verilmişdir.

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, Samux.

 







Sosial həyat