60 ailəsi var, deyir hələ azdır...

post-img

Əslində bu adamın özünün bir ailəsi var və ailənin bütün üzvləri bu işə cəlb olunub. Təbii ki, 60 ailə dedikdə, söhbət fermer Kərim Paşayevin arı ailəsinin sayından gedir. O, bu işlə 1981-ci ildən məşğul olur. Yəni 42 ildən çoxdur ki, arıçılığı ailə sənəti olaraq davam etdirir. 

Hazırda təsərrüfatında 60 ədəd arı ailəsi olsa da, il ərzində onun sayını 100-ə çatdırmağı planlaşdırır. Təsərrüfat yerli “Boz Qafqaz” və Avropa cinsi olan “Karnika» cinslərindən ibarətdir. Fermer hər il arı ailəsinin sayından asılı olaraq 500-800 kiloqram (hər arı ailəsindən orta hesabla 8-10 kiloqram) arası bal əldə edir. O, öz məhsulunu 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bal yarmarkasında nümayiş etdirir və satır. Qış aylarında arıları Göygöl rayonunun Əlimədədli kəndinə, yay aylarında isə daha məhsuldar, yüksək keyfiyyətli məhsul əldə etmək üçün həm Göygölün, həm də Daşkəsənin dağ kəndlərinə aparır.

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə  müxbiri,
Göygöl rayonu

 







Sosial həyat