“Google”dan yenilik

post-img

Texnologiya nəhəngi “Google” “passkeys” (“keçid açarları”) üçün parolları ləğv edir. Qətərdə yerləşən nüfuzlu “Aljazeera” telekanalının yaydığı məlumatda deyilir ki, indi PİN kod biometrik məlumat və ya daha mürəkkəb təhlükəsizlik açarı istifadə edərək cihazda istifadəçinin şəxsiyyətini yoxlayacaq. 

Bu, parollardan xoşu gəlməyənlər üçün yaxşı xəbərdir. Belə ki, Google öz xidmətlərinə daxil olmaq üçün daha sadə və təhlükəsiz bir yol kimi “pass­keys” əlavə edərək onları daha sonra düşünməyə yönəltmək üçün böyük bir addım atıb. 

Xəbərdə həmçinin qeyd olunur ki, “Google” “passkeys” parollara və mətnli təsdiq kodlarına daha təhlükəsiz alternativ təklif edir. İstifadəçilər onları birbaşa görməyəcəklər. Bunun əvə­zinə, “Gmail” kimi onlayn xidmət “pas­skeys”dən e-poçta daxil olmaq üçün telefonunuz və ya kompüteriniz kimi etibarlı cihazla birbaşa əlaqə saxlamaq üçün istifadə edəcək. 

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat