ASELSAN-ın yeni PUA-sı

post-img

ASELSAN-ın formasını dəyişdirən Pilotsuz Uçuş Aparatı (PUA) uçuşa başlayıb və istehsal mərhələsinə keçid edilir. 

“Anadolu” agentliyi xəbər verir ki, ASELSAN “Forma Dəyişdirən PUA Araşdırma Layihəsi” çərçivəsində sa­bit və mobil platformalardakı buraxılış qurğularından atıldıqdan sonra sabit uçuş edə bilən çoxrotorlu PUA-nın prototipini hazırlayıb. 

Forma dəyişdirən PUA İstanbul Ata­türk Hava Limanında keçirilən TEKNO­FEST sərgisində də nümayiş etdirilib. 

“Forma Dəyişdirən PUA Araşdırma Layihəsi”nin iyul ayında başa çatdırıl­ması və istehsal işlərinə başlanması planlaşdırılır. 

Layihə çərçivəsində hava vasitəsi və onun buraxılış qurğusu hazırlanıb, dizayn yoxlamaları aparılıb və uğurlu uçuş sınaqları həyata keçirilib. 

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər