Cüdoçularımız Parisdə 4 medal qazandılar

post-img

Gənc cüdoçularımız Fransanın paytaxtı Parisdə keçirilən Avropa kuboku turnirində 4 medal qazanıblar. 

Cüdoçularımızdan Nizami İmranov (60 kq), Kənan Nəsibov (100 kq-dan yuxarı) qızıl, Ömər Rəcəbli (81 kq) gü­müş, Aydın Rzayev (66 kq) bürünc me­dala sahib olublar. 

Ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən Azərbaycan cüdoçuları oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutublar.

İdman