“Qarabağ” “Qəbələ”ni 3 cavabsız qolla məğlub edib

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub. Turun sonuncu oyununda “Qarabağ” klubu “Qəbələ” ilə üz–üzə gəlib. Ağdam təmsilçiləri rəqib qapısından 3 cavabsız qol keçiriblər. Qolları 43-cü dəqiqədə Elvin Cəfərquliyev, 75-ci dəqiqədə Abdullah Zubir, 84-cü dəqiqədə isə Ramil Şeydayev vurublar. 

“Azersun Arena”da oynanılan qarşı­laşmanın baş hakimi Rəvan Həmzəzadə olub. Ağdam klubu 84 xalla turnir cədvə­linin lideridir. 

Qeyd edək ki, turun əvvəlki görüşlə­rində “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”­nı 3:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Neftçi”ni (4:0), “Səbail” isə “Sumqayıt”ı (3:1) məğlub edib.

 

L.QURBANOVA, 

“Xalq qəzeti”

İdman