Ümummilli liderin media siyasəti

post-img

Mayın 8-də Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib.

Medianın İnkişafı Agentliyinin icraçı di­rektoru Əhməd İsmayılov ümummilli lider Heydər Əliyevin medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirdiyini, jurnalist peşəsinə hər zaman dərin hör­mət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu bildirib, daim jurna­listlərin problemləri ilə maraqlandığını və köməyini heç zaman əsirgəmədiyini vur­ğulayıb.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilib, bu istiqamətdə əsaslı, müsbət dəyişikliklər baş verib. 

Sonra “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mediası” adlı videoçarx nümayiş olunub.

“Ümummilli lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda keçirilən panel sessiyada Mətbuat Şurasının sədri Rə­şad Məcid, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Audiovizual Şuranın üzvü Telli Pənahqızı, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildiriblər ki, ümummilli li­der tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunverici­lik bazasının təkmilləşdirilməsi istiqamə­tində görülən tədbirlər ölkədə fikir plüra­lizminin genişləndirilməsinə, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıb.

 

Q.QASIMOV, “Xalq qəzeti”



Sosial həyat