Ulu öndər özbək xalqının unudulmaz dostudur

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə bu ali təhsil ocağında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev – Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi” adlı beynəlxalq konfrans keçirilib. 

Konfrans iştirakçıları əvvəl ulu öndə­rin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsinin önünə gül qoyublar. Sonra Heydər Əliyevə həsr olunan foto və nəşr sərgisi ilə tanış olublar. 

Nizami adına Daşkənd Dövlət Pe­daqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açıb. Onun təkcə Azərbaycanda deyil, Özbə­kistanda da çox böyük və dəyərli şəxsiy­yət olduğunu bildirib. 

AMM-nin direktoru Samir Abbasov ulu öndərin rəhbərliyi dövründə xalqımı­zın maraqlarını və gələcəyini düşün­məsini, Türk dünyası ilə bağlı fikirlərini, Özbəkistanla əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib.

Özbəkistan Millətlərarası Münasibət­lər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Zafarbek Ax­medov, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru, fəlsəfə elmləri doktoru Cəmilə Şermuhamedova Azərbaycanla münasibətlərin daim Öz­bəkistan üçün prioritet olduğunu, Heydər Əliyev tərəfindən möhkəm təməli qoyu­lan münasibətlərimizin bu gün onun la­yiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla da­vam etdirildiyini vurğulayıblar.

Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniye­va Heydər Əliyevin ictimai-siyasi fəaliy­yətindən, iki qardaş respublika arasında həm sovet dövründə, həm də müstəqillik illərində münasibətlərin qurulması və in­kişafındakı rolundan söz açıblar.

Bakı Dövlət Universitetinin Arxeologi­ya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov, Nizami adına DDPU-nun professoru, tarix elmləri dok­toru Abrar Həzrətqulov və tərcüməçi alim Babaxan Şərif Heydər Əliyevin Azərbay­canın dövlətçilik tarixində, ictimai-siya­si həyatında, daxili-xarici siyasətində, mədəniyyətində, elmində, dövlətlərimiz arasındakı münasibətlərdə müstəsna xidmətlərinə dair məruzələr ediblər. 

Konfransın aktiv təşkilatçıları və iş­tirakçılarına Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin və “Özbəkistan- Azərbaycan” Dostluq Cəmiyyətinin Fəxri diplomları təqdim edilib. 

Tədbirdə universitetin “Altın miras” ansamblının üzvləri özbək və Azərbay­can musiqilərini ifa ediblər. 

Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova Azərbay­can və özbək mahnılarını səsləndirib. 

 

Qulu KƏNGƏRLİ 
Daşkənd

Sosial həyat