“Anadolu Qartalı – 2023” taktiki-uçuş təlimi başlayıb

post-img

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

Təlimin ilkin mərhələsində təyin olun­muş plana uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyu­lan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə şərti düş­mənin hava hücumundan müdafiə va­sitələri susdurulub.

Hava üstünlüyü əldə edildikdən son­ra təyyarələrimiz müxtəlif döyüş təy­yarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlük­də döyüş manevrləri etməklə qarşı tərə­fin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Son xəbərlər