Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub.
Kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Əvvəlcə nəşrin layihə rəhbəri, tərtibçi və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli kitab haqqında məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək ulu öndər Heydər Əliyevi yaxından tanımaq və onun ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq baxımından kitabın çapını yüksək qiymətləndirib.
Xalq yazıçısı Elçin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramını bildirərək, kitabın əhəmiyyətindən danışıb.
Xalq şairi Nəriman Həsənzadə bu kitabın hazırlanmasının gözəl bir hadisə olduğunu dilə gətirərək, bu təşəbbüsün kitab həvəskarları, oxucular üçün böyük hədiyyə olduğunu vurğulayıb.
Tədbirdə Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Milli Məclisin deputatı Jalə Əliyeva və digər natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycanı dövləti qarşısındakı böyük xidmətlərindən danışıb və yeni çap olunan kitab haqqında fikirlərini bölüşüblər.

