3 May Türkçülük Günü – qardaşlıq bayramı

post-img

3 May Türkçülük Günündə Nizami Kino Mərkəzində Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibəti ilə tədbir keçirilib. 

Azəri–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkiyə qardaşlığından, ulu öndər Heydər Əliye­vin bu istiqamətdəki fəaliyyətindən, eyni zamanda, birliyin keçdiyi yol barədə ge­niş məlumat verərək bildirib ki, əlamətdar tarixlərin, günlərin qovuşduğu bir vaxtda toplaşmaq unudulmaz hadisədir. Bizim tək məqsədimiz millətimiz üçün çalışmaqdır. 

Tənzilə Rüstəmxanlı Vətən mühari­bəsindəki zəfərimizi qeyd edərək bildirib: “Var olsun cənab Ali Baş Komandan. Var olsun Azərbaycanın Müzəffər Ordusu. Var olsun şəhid və qazilərimizin anaları. Biz bu qələbə üçün onlara borcluyuq. Bu gün böyük bir zəfərə imza atmış, Qaraba­ğı Azərbaycan edən bir ordunun mənsub olduğu bir millətin nümayəndəsi kimi çıxış etmək böyük fərəhdir”. 

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Azəri–Türk Qadınları Birliyinin bu illər ərzində fəaliyyətindən danışaraq onların fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycan və Türkiyə qardaşlığının möhkəmləndirilməsində bu təşkilatın bö­yük rolunu qeyd edib. 

Türkiyənin Azərbaycandakı səfi­ri Cahit Bağçı da, Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərindən söz açıb: – "Azərbaycan–Türkiyə münasibətlərinin bir adı var: qardaşlıq. Bu il həm ulu öndər Heydər Əliyevin, həm də Türkiyə Cüm­huriyyətinin yüz illik yubileyidir. Heydər Əliyev bütün dünyada söz sahibi sayılan şəxsiyyət olub. Mən Qazi Mustafa Kamal Atatürkün bir ifadəsini xatırlamaq istə­yirəm. Atatürk Naxçıvan üçün "türk qapısı" ifadəsini işlədib. Mən əminəm ki, əlbəttə, o qapı bir gün açılacaq".

Milli Məclisin deputatı, Xalq yazıçısı Sabir Rüstəmxanlı Azərbaycanda Türkçü­lük Gününün mahiyyətindən və təntənəli qeyd olunmasının əhəmiyyətindən danı­şıb. Sabir Rüstəmxanlı tarixən türk xalqla­rına qarşı həyata keçirilmiş ədalətsizliklər­dən söhbət açaraq bildirib ki, bu gün türk adı öz külündən doğulub. Bu gün türkçü­lük dünyada bir ideologiyaya çevrilir. Türk xalqlarının, türk dövlətlərinin birliyi bu sə­bəblərdən zərurətdir.

Sonda Azəri–Türk Qadınlar Birliyinin "Türkçülük yolunda" adlı sənədli filmi nü­mayiş olunub.

Anar TURAN, “Xalq qəzeti”





Sosial həyat