Gəncədə ulu öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans

post-img

Dünən Gəncədə Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru, do­sent Yaşar Ömərov açıb. Çıxış edənlər elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti­nin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru, professor Elçin Ba­bayev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, aka­demik Əli Abbasov, İnnovasiya və Rəqəm­sal İnkişaf Agentliyinin department rəhbəri Fatimə Ələkbərova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkə­zinin şöbə müdiri Ayaz Museyibov, Azər­baycan Respublikası Kosmik Agentliyinin departament rəhbəri Natavan Həsənova, xarici ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, sənaye müəs­sisələrinin rəhbərləri, beynəlxalq təşkilat­ların nümayəndələri çıxış edərək konfran­sın işinə uğurlar arzu ediblər.

Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan, Be­larusdan, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan elm adamlarının çıxışlarından sonra plenar iclasın məruzələri dinlənilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi ya­nında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Ab­dullayev, Azərbaycan Respublikası Kos­mik Agentliyinin departament direktoru Natavan Həsənova, Qəbələ Konserv za­vodunun direktoru Özgür Demirkıran və Türkiyənin On Doqquz May Universiteti­nin mərkəz direktoru Sedat Akleylek elmin aktual mövzularından bəhs ediblər.

Konfrans bu gün və sabah 10 is­tiqamət üzrə bölmələrdə öz işini davam etdirəcək. Bölmələrə xarici universitetlərin elm adamları həmsədrlik edir.

Beynəlxalq elmi-praktik konfransa Ma­layziya, Macarıstan, Hindistan, Avropa və MDB də daxil olmaqla 16 ölkədən məqalə göndərilib. Konfransın məcmuələr toplu­suna ümumilikdə 721 məqalə daxil edilib. Onlardan 220-si xarici elm adamlarının məqalələridir.

 

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat